Myanmadan Rusiyaya maraqlı hədiyyə

myanmadan-rusiyaya-maraqli-hediyye
Oxunma sayı: 1607

Myanma hökuməti Rusiyaya maraqlı hədiyyə göndərib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, iki ölkə diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edir. Bunun şərəfinə Myanma Rusiyaya üç ədəd 4 yaşlı Asiya fili bağışlayıb. Bildirilir ki, sentyabrda Moskvaya göndəriləcək hədiyyələr “Durova babanın guşəsi” teatrında yaşayacaq və təlim alacaqlar. 

Qeyd edək ki, Asiya (və ya hind) filləri Afrika fillərindən sonra quruda yaşayan ikinci ən böyük heyvanlardır. Vəhşi təbiətdə onlar təxminən 70-80 il yaşayırlar.

Aysel Kərimova