Nabokovun kitabı təqdim ediləcək

nabokovun-kitabi-teqdim-edilecek
Oxunma sayı: 645

İyun ayının 14-də Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr” kitabının təqdimatı keçiriləcək.
 
"Qafqazinfo" xəbər verir ki, təqdimat mərasimi saat 17:00-da başlayacaq, 19:00-a qədər davam edəcək.
 
Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən kitabın tərcüməçisi şair Qismətdir.
 
"Rus ədəbiyyatından mühazirələr” Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 18-ci kitabdır.