Nabranda dənizdən 22 yaşlı gəncin cəsədi çıxarıldı

nabranda-denizden-22-yasli-gencin-cesedi-cixarildi
Oxunma sayı: 1499

İyulun 14-də Xaçmaz rayonunun Nabran kəndində dənizdə batmış 1996-cı il təvəllüdlü Hacıyev Samir Əkbər oğlunun axtarışları başa çatıb.
 
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata görə, S.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.