Nabranda istirahət mərkəzində 3 yaşlı uşaq itkin düşüb

nabranda-istirahet-merkezinde-3-yasli-usaq-itkin-dusub
Oxunma sayı: 2874

Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.
 
Axtarış işləri meşəlik ərazidə və suda aparılır.
 
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
 
Əlavə məlumat veriləcək.