Nabranda keçirilən turnirin qalibləri müəyyənləşib

nabranda-kecirilen-turnirin-qalibleri-mueyyenlesib
Oxunma sayı: 648

Klubun sədri Seymur Teymurovun “Qafqazinfo”ya verdiyi məlumata görə, 2 gün davam edən istirahət dolu yarışma qaliblərin adını müəyyənləşdirib. Fərdi oyunda birinci yeri gərgin mübarizədən sonra Fədai Məmmədov qazanıb, ikinci yerin sahibi Elmidar Süleymanov olub, üçüncü yerə isə Elgün Atalıyev yiyələnib.

Turnirin qeyri-rəsmi hissəsində “Nə? Harada? Nə Zaman?”, Erudit Kvartet” və “Breyn Rinq” intellektual oyunları üzrə çoxnövçülük baş tutub.

Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu 10 illik yubileyini qeyd edir və bu il təşkil olunan bütün yarışlar bu tarixin qeyd olunmasına yönəldilib.

Nigar Məmmədli