Nabranda növbəti şok - Bir ailənin 4 üzvü dənizdə batdı+ Yenilənib

nabranda-novbeti-sok
Oxunma sayı: 10684

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, Azərbaycanda yay istirahətnin ən çox keçirildiyi məkanlardan biri olan Nabranda son günlər baş verən hadisələr ölkə gündəmindən düşmür.

***

FHN xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Qocayeva Aysel Əfqan qızının cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun cəsədləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.