Nabranda suda boğulan 24 yaşlı qızın cəsədi tapıldı

nabranda-suda-bogulan-24-yasli-qizin-cesedi-tapildi
Oxunma sayı: 1603

Dənizdə çimərkən batan şəxsin cəsədi tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Əliyeva Oksana Xaçmaz rayonu, Nabran kəndində dənizdə çimərkən boğulub.

Dalğıc-xilasedicilərin axtarışları nəticəsində 24 yaşlı qızın cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.