Nabrandakı istirahət mərkəzinin sahibi kimdir?

nabrandaki-istirahet-merkezinin-sahibi-kimdir-
Oxunma sayı: 5311


“Dünən Nabran Holiday Village-nin nümayəndələri bizimlə əlaqə saxladılar. Məlum oldu ki, onlar yalnız istirahət mərkəzinin icarədarlarıdır və bildirdilər ki, kifayət qədər maddi vəsaitləri yoxdur. Dedilər ki, İmrana kömək etmək üçün şəxsi mənzillərini satacaqlar” – deyə, A.Baxşıyeva bildirib.

Azxeber.com məsələylə bağlı kiçik araşdırma aparıb və "Nabran Holiday Village"nin icarədarı haqda məlumat əldə edib.

Belə ki, oteli artıq bir neçə ildir ki, İsmayılov Firdovsi Ağamusa oğlu icarə əsasında işlədir. Həmin biznesmenin bir neçə yerdə daha istirahət obyektləri olduğu deyilir. Otelin gərçək sahibinin isə Azərbaycanda olmadığı məlum olub.

“Nabran Holiday Village”dən fotoları təqdim edirik. Qeyd edək ki, İmran da aşağıdakı fotolarda görünən “aqua park”da üzərkən bədbəxt hadisənin qurbanı olub.