Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı - Yaralılar var + Fotolar

nabrandan-bakiya-gelen-3-avtobus-qezaya-ugradi
Oxunma sayı: 7541

Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, İbrahimov Dilqəmin “05-BE-640” nömrəli, Elmir Hüseynovun “99-JD-403” nörməli və Elçin Qarayevin “99-HJ-256” nömrəli avtobusları toqquşub.

E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

Xəsarət alan sərnişinlər bunlardır:

Bakı sakini Cavadova Yana – 51 yaş

Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş

Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş

Bakı sakini Şayxatarov Renat – 58 yaş