Nabranın bələdiyyə sədri “zibilliy”ə görə cərimələndi - Video

nabranin-belediyye-sedri-zibilliye-gore-cerimelendi
Oxunma sayı: 2461

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Nabranda meşəətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması ilə bağlı araşdırma aparıb.

“Qafqazinfo” xəbər verir ki, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi təsdiq olunub. Zibillik sahə operativ olaraq ETSN-nin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib. 

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və  protokol tərtib olunaraq, Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan məcburi göstəriş verilib.