Nadir 120 minə cavanlaşmaq istəyir

nadir-120-mine-cavanlasmaq-isteyir
Oxunma sayı: 1630

“Bir klinika var, insanın hüceyrələrini gəncləşdirirlər. Vitaminlər əlavə edilir, ölmüş hüceyrələr dirilir. Həmin yer İsveçrədədir. Qiyməti 60 min avro, yəni 120 min manatdır. 50 yaşlı insanı 30 yaşlı biri edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Nadir Qafarzadə “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib. O, pop ulduz Tarkandan sonra gəncləşmək eşqinə düşdüyünü qeyd edib:

“Bunu mən Tarkandan eşitmişdim. Sən dırnaqdan tutmuş hər şeyə qədər tamaşaçının gözünü oxşamalısan. 60 min avronu verməyə hələ ürəyim gəlmir, 3 otaqlı evin puludur. Gələcəkdə məni gəncləşmiş görsəniz, bilin ki, etdirdim əməliyyatı”.