Nadir “kiçik əjdaha” ilə duet oxudu – - Video

nadir-kicik-ejdaha-ile-duet-oxudu-
Oxunma sayı: 1390

“Qafqazinfo”nun məlumatına görə, ifaçı “Unutulur” adlı duetin dinləyicilər tərəfindən seviləcəyinə inandığını bildirib: 

“Mənə bu sənətə gələn zaman heç kimsə dəstək olmayıb. Daim yolumu bağlamaq istəyənlər olub. Məhz bu amili nəzərə alıb, istedadlı gənclərə dəstək olmağı qərara almışam. Bu gün də tələbəm Raufla birgə qədim Türk bəstələrindən olan “Unutulur” adlı mahnını dinləyicilərin ixtiyarına verdik. Bu mahnını iki versiyada lentə aldırmışıq. İlk versiyanı ötən ay etdik. Daha sonra növbəti versiyanı hazırladıq. Düşünürəm ki, duetimiz seviləcək. Rauf mənim dəstək olduğum ilk gənc olmayacaq. Münsif olduğum “Azərbaycanın səsi” layihəsində olan bir neçə tələbəmə kömək edəcəyəm. Raufla ifa etdiyim bu mahnıya klip çəkdirəcəyik. Ekran işi hazır olduqdan sonra, dinləyicilərin ixtiyarına veriləcək”.