Nadir Qafarzadə 20 min Avro xərcləyib

nadir-qafarzade-20-min-avro-xercleyib
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, jurnalistlərə klip barədə məlumat verən N. Qafarzadə deyib ki, klip Rusiya telekanalları üçün çəkilib: “Mən Rusiya şou-biznesinə qatılmaq kimi gercəkləşməyən arzularımı bu klip vasitəsilə gerçəkləşdirmək istədim. Rusiya telekanallarına klipimin yayımlanması üçün müraciət etdim və onlar Azərbaycanda çəkilən klipləri bəyənmədiklərini dedilər. Avropa standartlarına uyğun klip istədilər. Mən də dostlarımın sayəsində Latviyanın peşəkar rejissorlarından olan Jerry Pavlofla tanış oldum və klipin çəkilişini ona həvalə etdim. Klip üçün Latviyada bir çox fərqli məkanlar seçildi, Baltik dənizinin sahilləri, Riqa, Yurmala. Çəkiliş üçün Riqanın model agentliyindən 50-60 model xanım dəvət olundu. Ümumi hazırlıq 5-6 ay vaxt aparsa da, çəkilişlər 1 həftəyə tamamlandı”.

N. Qafarzadə onu da bildirib ki, “Сeрдце бьется”nın klipi üçün ümumilikdə 20 min Avro xərcləyib. Klipin Rusiya Telekanallarında 1 ay müddətində gündə 4 dəfə yayımlanması üçün 50 min Avro ödəyəcək. Klip həmçinin Latviya və yerli telekanallarımızda da yayımlanacaq.

Nigar