Nadir Qafarzadə filmə çəkilir

nadir-qafarzade-filme-cekilir
Oxunma sayı: 1194


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, bu haqda xəbəri rejissor Nail Naiboğlu verib. O, “Yataq otağının pəncərəsi” adlı ekran işi üçün baş rol qəhrəmanı kimi Nadirə müraciət edib:

“İki ildir, bu ssenari üzərində işləyirəm. Nəhayət, çəkilişlərə başlamaq qərarına gəldim. Film melodramadır. Çox maraqlı ekran işi olacaq. Baş rol oynayacaq tanınmışlardan biri müğənni Nadir Qafarzadədir. Digər sima isə məşhur türkiyəli aktyor olacaq. Onun adını isə hələ açıqlamıram”.

N. Naiboğlu filmdə çəkilmək üçün qız axtarışına çıxıb. O, istədiyi kimi baş rol qəhrəmanı tapmaq üçün kastinq keçirəcəyini bildirib.