Nadir Qafarzadənin hovuz görüntüləri- - Fotolar

nadir-qafarzadenin-hovuz-goruntuleri-
Oxunma sayı: 2824


“Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, bu yaxınlarda pərəstişkarlarına gözlənilməz layihə təqdim edəcək: “Həyat yoldaşıma həsr etdiyim konsertimin səs-küyü səbəb oldu. Bir çoxları hətta sənət dostlarım fərqli, maraqlı addım atdığımı söylədilər. Amma ağız büzənlərdə tapıldı. Bu normaldır. Daim yaradıcılıq işlərimlə məşğulam. Buna görə də, söz-söhbətlər hər zaman olacaq. Bir neçə gün olar ki, Türkiyədən gəlmişəm. Paytaxta gələr-gəlməz Nabrana istirahətə yola düşdüm. Həm ziyarət, həm ticarət deyib, istirahət məkanında musiqi payımı orada istirahət edənlərlə bölüşdüm. Reper Dado ilə olan duetimi oxudum. Çıxışımız maraqla qarşılandı. Gecənin aparıcısı Xose Bernardo idi. Nabrandan Bakıya qayıtmaq istəmirdim. Amma “Azərbaycanın səsi” layihəsinin çəkilişləri üçün Bakıya qayıtmalı oldum. Bundan əlavə bir neçə gün sonra yeni mahnımı təqdim etməyi də düşünürəm”.