Nadir Qafarzadənin ortalığa düşməyi...

nadir-qafarzadenin-ortaliga-dusmeyi
Oxunma sayı: 4672

Raminə Eyvazqızı

İki il əvvəl primadonna kimi özünü təltif edən İlhamə Quliyeva qəfil ölümü ilə bizi təəccübləndirmişdi. Hansı müğənni ki, titullarını sayanda aparıcıların ağzı quruyurdu. İlhamə Quliyeva o boyda sənətini çox halda ucuzlaşmış adlarla bəzəndiyini düşünürdü. Bəzən aparıcıları onun titullarını ardıcıl, səliqə və bütün halda saymadıqları üçün dili ilə şil-küt də edirdi. 

Biz axı onun ifalarını sevərdik, sadə olmağını da ölənədək arzuladıq. Xasiyyətidir, özündən razılığı bir vərdişdir deyib keçdik, amma nə oldu. İlhamə kimi qadın, ətrafını, dinləyicilərini, sevənlərini ölümünə yaxın yersiz çıxışları, təhdid, hədələri ilə üzdü. Elə vaxtda həyatdan köçdü ki, (Xocalı faciəsinin ildönümü günü ərəfəsi) insanlar doğru-düzgün başsağlığı vermədən onu unutmağa tələsdi. Xalq artisti, bilmirəm nələr-nələr adları qazanmış və ya almışdı, davranışlarının qurbanı oldu, xalq onu artisti kimi sevirdi, amma xalqın artisti kimi xatırlanmadı. Bu gün də onun adını tutanlar barmaqla saylır. 

İlhamə Quliyevanı xatırlamağım böyük savab olacaq bəlkə də. Onun ifasında ara-sıra dinlədiyim musiqilər olur. Amma hər dəfəsində “kaş özünü elə aparmazdın” təəssüfünü deyirəm. İnsanlar ölmüşləri etdikləri davranışları ilə xatırlayırlar. Alimini də, kəmsavadını da, tanınmışını da, tanınmazını da . Amma heyiflər olsun ki, çoxu hələ də bu mənasız fəxri ad söhbətləri ilə özlərini biyabır etməkdə davam edirlər.  

Nadir Qafarzadənin ortalığa düşməyi, eynək taxıb, danışanda gözünü belə insanlardan gizlətməyi onun haqqında məlum rəyi formalaşdırır. Gün işığından uzaq otaqda eynək taxıb çox söz demək olar, amma xarakter sahibi kişi o kəsdir ki, sözünü deyəndə dili, ağzı  kimi  gözü də danışsın. Onun danışığı vızıldayan həşarat kimi keçici olacaqdır da. Çünki hələ nəyə layiq olub olmadığını özü də dəqiq bilməyən insanlar həmişə var-gəl etməyi yaxşı bacarırlar. Şou-biznes adı zorla verilən “müğənni-manıs” mühitində kifayət qədər belələri var. Azından-çoxundan gördüyüm və bildiklərimin səviyyəsi o qədər kasaddır ki, adam onları könüllü şəkildə 9-cu sinif buraxılış imtahanına hazırlamaq istəyir. Özlərini bilikli, məlumatlı kimi göstərmək istəyirlər. Hər dəfəsində də yenə rüsvayla bitirirlər işlərini. Türkiyəyə azərbaycanlı toyundan aldığı və “qazandığı” pulla səyahət edib, sonra öz millətini təhqir edirlər. Bizi az qala erməni olmaqda təqsirləndirirlər. 

Onlar, təsadüfən mügənni olanların çoxu bəxti gətirənlərdir ki, belə zövqsüz insansanların çox olduğu ölkədə yaşayırlar. TV kanalları rəhbərinin toylarında pulsuz oxuduqları üçün efir-ekran onlara meydan verir. Özlərini yalnız özləri tərifləyirlər, əsil sənətkarlara hörmət qoymurlar. Sənətlə zarafat edirlər. Bir –iki nəfərin sözü ilə qaza gəlib, “toy müğənnisi “ qəlibindən çıxa bilmirlər. İnkişaf etmirlər. Dünya görüb, sadələşə bilmirlər. Nadir  Qafarzadənin o məlum çıxışından sonra əsgər qarşısında çıxışı da heç kəsə gərək deyil. Onun oxuduğu  “ Maral” mahnısına oynayan əsgər, ondansa Maraql Tahirqızının qışqırtı, zil səsindən bezar olsun. Nadir az əvvəl ölkədən getmək kimi fikrə düşmüşdü, amma qəşəng bilirdi ki, Azərbaycanda ona verilən qiymətin 1%-ni başqa yerdə görməyəcək. Ona “getmə” deyən də olmadı. Onsuz ölkə nə çiçəklənəcəkdi, nə də itirəcəkdi. Özlərini “böyük” görənlərin ağlı hələ də başına gəlmir ki, gəlmir. Nadir sadəcə nadir olmayan bir nümunədir ki, yenə ondan danışmaq fürsətini bizə verdi.

Hərdən adam düşünür ki, bəlkə də abort (abort aktını qəti pisləsəm də!) yolu ilə indiyə qədr saysız insan dünyaya gəlməməsi ilə bizə yaxşılıq edib.Təsadüfən dünya üzü görən bir qisminin səviyyəsi, düşük davranışları yorduqca yorur adamı.

Təsadüfən adam olanlar da var aramızda. Onlar nadir də deyillər, çoxdurlar. Adam olmaq istəmirlər. Bizə onlara hörmət qoymaq şansını belə vermirlər. Xalqdan bir- iki ağız oxumaqla küllü miqdarda pul qoparırlar, sonra da “xalq artisti” adına layiq olmamaqdan gileylənirlər. Fəxri ad umurlar. 

Bundan sonra sizin xalq , Vətən sevginiz də boşboğazlıqdan başqa bir şey olmayacaq. Siz restoran zallarından başqa yerlərə layiq deyilsiz. Əsgər qarşısında çıxışa heç layiq deyilsiz!