Nadir Tarkanı parodiya etdi

nadir-tarkani-parodiya-etdi
Oxunma sayı: 1701

Müğənni Nadir Qafarzadə Türkiyənin pop ulduzu Tarkanı parodiya edib. “Qafqazinfo” xəbər verir ki, Nadir son zamanlar sosial şəbəkələrdə fenomenə çevrilən görüntüləri yamsılayaraq instaqram səhifəsində paylaşıb. 

O da Tarkan kimi avtomobilində videosunu çəkərək izləyicilərinə hara getməsi barədə sual ünvanlayıb. 

Qeyd edək ki, Tarkanın sözügedən videosunu 2 milyona yaxın insan izləyib. Meqastarı məşhur aktyor Şahan Gökbakar daxil olmaqla bir çoxları parodiya edib.