Nadir xanımına verəcəyi konsertin tarixini açıqladı

nadir-xanimina-vereceyi-konsertin-tarixini-aciqladi
Oxunma sayı: 1174


“Qafqazinfo”nun məlumatına görə, ifaçı iyulun 6-da “Yaşıl Teatr”da həyat yoldaşı üçü səhnəyə çıxacaq. Konsertdən söhbət açan Qafarzadə bildirib ki, onun verəcəyi konsert Azərbaycanda ilk dəfə həyata keçirilir:

“Artıq bir neçə gündür ki, konsertimin danışıqları gedir. Düşünürəm ki, verəcəyim konsert bu günə qədər gerçəkləşdirdiyim konsertlərdən çox fərqlənəcək. Belə ki, iyulun 6-da “Yaşıl Teatr” sarayının bütün masaları boş olacaq. Yalnız bir masadan başqa. Həmin masada isə mənim bu həyatda ən dəyərli varlığım olan həyat yoldaşım əyləşəcək. Həmin gecəni isə ona və evliliyimizin yubleyinə həsr edəcəyəm. Öncədən söyləyim ki, bu konsertim çox müzakirə olunacaq. Hətta mənim fikrimə qarşı çıxanlar da olacaq. Amma tənqidlər hər zaman olub, olacaq.  Bu konsert mənim çoxdankı arzumdur. Konsertdən bir neçə gün qabaq isə media mənsubları ilə görüş keçirəcəyəm. Həmin görüşdə də konsertlə bağlı bir çox məqamları açıqlayacam. Hazırda konsert üçün gözəl səhnə hazırlanır. Bu, çox fərqli bir səhnə olacaq. Səhnədə məni rəqs qrupu müşayiət edəcək. İnşallah yaxşı bir konsert həyata keçəcəyinə inanıram". 

Qeyd edək ki, Nadir Qafarzadənin “Yaşıl Teatr”da sonuncu solo konserti 2013 ci il sentyabrın 13-də olub. Müğənni həmin sarayda “Sən mələksən” adı altında səhnə alıb.