Nadirin hovuzdakı videosu tənqid olundu

nadirin-hovuzdaki-videosu-tenqid-olundu
Oxunma sayı: 2456

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, müğənni ötən gün Dubayda istirahət zamanı çəkilən görüntülərini instaqramda yayımlayıb. 

O, hovuzda üzərkən öz izləyicilərini salamlayıb:

 “Bakıda soyuq olsa da, bura istidir. 35 dərəcə istidə üzürəm. Hava gözəldir, hər kəs dincəlir. Görməmişlik kimi olmasın, yayda dincəlmədim, indi gəlmək fikrinə düşdüm”.

Nadirin həmin görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid atəşinə tutulub.  O, 15 mindən çox insanın izləyidiyi paylaşımının şərh bölməsini bağlayıb. 

N. Qafarzadə onu tənqid edənlərə cavab verib:

“Azərbaycan inkişaf edib, insanlarımız isə savadsızdır. Gic-gic yazırsınız. Xalqımı savadlı görmək istəmişəm. Bu məni məyus edir”.

Müğənni daha sonra hovuz kənarında çəkilən şəklini izləyiciləri ilə bölüşüb. Onun həmin paylaşımı da tənqidlə üzləşib.