Nağılbazı ulduz edən repləri - Video

nagilbazi-ulduz-eden-repleri
Oxunma sayı: 12811

Xəbər verdiyimiz kimi, rep məktəbinin qurucularından olan Anar Nağılbaz 44 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, A.Nağılbaz son dövrlərdə ailə həyatındakı problemlər və qalmaqallı videoları ilə gündəmdə olmasına baxmayaraq, sənəti ilə böyük tamaşaçı kütləsinin sevimlisinə çevrilməyi bacarıb. Reper Azərbaycan musiqisinə gətirdiyi ilklərlə böyük rəğbət toplayıb.

Məlumat üçün bildirək ki, 1988-ci ildən repə maraq göstərməyə başlayan ifaçı, 1990-cı ildə ilk dəfə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. Ona şöhrət gətirən işlərindən biri isə 1993-cü ildə “Narkodünya” mahnısı olub.

“Qafqazinfo” bu məqamda A.Nağılbazın böyük səhnədə ulduzlaşmasına kömək olan həmin ifaları oxucularına təqdim edir.

Allah rəhmət eləsin!