Nalbandyan Azərbaycanın “militarist siyasəti”ndən danışdı

Nalbandyan Azərbaycanın “militarist siyasəti”ndən danışdı
Oxunma sayı: 123

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Filipp Leforla birgə keçirilən yerli mətbuat konfransında səsləndirib. Azərbaycanın 2012-2013-cü illərdə qeyri-daimi üzvlüyə namizədliyini şərh edən nazir TŞ-nın əsas işinin sülhün yaradılması və gücləndirilməsi olduğunu qeyd edib: “Məlum olur ki, öz militarist siyasəti, müharibə təbliğatı ilə məşhur olan, bir neçə ilə hərbi büdcəsini 20 dəfəyə artırmağa çalışan ölkə TŞ-nın qeyri-daimi üzvlüyünə iddia edərək sülhün tərəfdarı ola bilər”.

Sonda, Nalbandyan AB ilə assosiasiya haqqında razılıq üçün danışıqlar aparan Azərbaycanın bu rolu digər iddiaçılar Macarıstan və Sloveniyadan daha yaxşı yerinə yetirə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib: “Çoxlu sual yaranır, lakin biri aydındır: Bu BMT Təhlükəsizlik şurasının nüfuzunu artırmayacaq”.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi