“Nalbandyanın peşəkar şəkildə davranmağa cəhd göstərməsi özü üçün yaxşı olardı” - XİN

“Nalbandyanın peşəkar şəkildə davranmağa cəhd göstərməsi özü üçün yaxşı olardı”
Oxunma sayı: 603

“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı”.
 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 4-cü Avropa erməniləri konfransında Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
 
H. Hacıyev bildirib ki, sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib: “Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub. Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyatı təkrarlamaması və heç olmasa, peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı. Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını və diaspora ermənilərini çaşqın vəziyyətə salır”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi