Misirdə ölü sayı durmadan artır - Yenilənir

Misirdə ölü sayı durmadan artır
Oxunma sayı: 3275

Misirdə Sinay yarımadasının şimalında məscidə hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular cümə namazı vaxtı partlayıcını işə salıblar. Nəticədə 50 nəfər ölüb. 

***

Ölənlərin sayı 115-ə çatıb. Yaralı sayı isə 80-ə yaxındır.

***

Son məlumatlara görə, ölənlərin sayı 184-ə çatıb. 120 nəfərin yaralandığı açıqlanıb.

Misir hökuməti ölkədə 3 günlük matəm elan edib.

***

Terakt nəticəsində ölənlərin sayı 235-ə çatıb.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçular partlayışdan sonra məscidi atəşə tutublar.

Qeyd edək ki, Sinay yarımadasında son 3 ildə İŞİD terrorçuları tərəfindən bir çox qanlı teraktlar törədilib. Terrorçular bölgədə təkcə məscidlərə deyil, həm də xristan kilsələrinə də hücum edirlər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi