Namazı hansı halda qəzaya saxlamaq olar?

namazi-hansi-halda-qezaya-saxlamaq-olar
Oxunma sayı: 3757


“Qafqazinfo” islam.az-a istinadən xəbər verir ki, namaz qılmağa yer tapmaq üçün çox vasvasılıq etmək bəyənilmir. Əgər bir yerin murdar olduğunu dəqiq bilmiriksə, o yeri pak qəbul etməliyik. Bu hesabla, istər bağlı məkanlarda, istərsə də çöldə əksər yerlər bizim üçün pak hökmündədir və orada namaz qıla bilərik. Üstəlik, namaz qılmaq üçün bütün yerin pak olması da vacib şərt deyil. Alnımızı qoyduğumuz yerin (səcdəgahın) pak olması kifayətdir. Qalan yerlərin murdarlığa bulaşdığını yəqin bilsək belə, əgər o yerlər nəm deyilsə (qurudursa) və nəcasət bizim paltarımıza və bədənimizə keçmirsə, namazımıza maneçilik olmaz (əlbəttə, pak yer tapa bilmədiyimiz halda bu icazəlidir).