Naməlum maşın piyadanı vurub öldürdü

namelum-masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1941

Beyləqan rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 14-ü səhər saat 5 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunda qeydə alınıb.

Nömrəsi və markası bəlli olmayan avtomobil yolu keçən piyada Ağcəbədi rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məhərrəm Şaumyan oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada M.Məmmədov hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.