Naməlum şəxs tapança ilə 66 yaşlı kişini yaraladı

namelum-sexs-tapanca-ile-66-yasli-kisini-yaraladi
Oxunma sayı: 2432


“Qafqazinfo” xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, insident Bərdənin rayon mərkəzində yerləşən avtomobil yuma məntəqələrinin birində baş verib.

Belə ki, avtoyuma məntəqəsinə gələn naməlum şəxs «Makarov» markalı tapançadan burada beş dəfə atəş açıb. Xöşbəxtlikdən 5 güllədən yalnız biri Bərdə rayon sakini Vaqif Əvəzova dəyib. Boyun nahiyəsindən güllə yarası alan 66 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralının vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisə qan davası ilə bağlı törədilib. Atəş açan şəxsin kimliyi məlum olmadığından, polis bu istiqamətdə axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.