“Namiq Qaraçuxurluya yox...” - Fotolar

namiq-qaracuxurluya-yox-fotolar
Oxunma sayı: 653

“Qafqazinfo”məlumatına görə, Elgiz və Sərxan ötən gecə Namiq Qaraçuxurlunun oxşarı kimi tanınan gənc müğənni Rüstəm Hüseynzadənin doğum günündə yığışıblar. Fotokameramıza tuş gələn Elgiz və Sərxan gecədə əyləniblər.

Daha sonra bizə açıqlama verən, Elgiz bildirib ki, bu aralar Sərxanla məclislərdə tez-tez görünürlər: “Bu gün Sərxanla dostumuz Rüstəmin ad gününə gəlmişik. Biz Sərxanla dostuq. Bunu çox insanlar bilmir. Hamı görəndə soruşur ki, “siz dostsunuz?” məndə deyrəm “hə çox yaxşı dostuq” ”.

Elgiz Rüstəmin Namiq Qaraçuxurluya oxşarlığından da danışıb: “Düzdür, Rüstəmin Namiqə oxşarlığı var. Amma Rüstəmin özünə məxsus səsi var. Birdə Rüstəm çalışır özü kimi tanınsın”.

Onu da deyək ki, gecədə müğənni Orxan Babazadə, telejurnalist Vuqar Kamil və bir çox tanınmışlar iştirak ediblər.

Aynur B.