Namiqlə Aygün illər sonra... - Video

namiqle-aygun-iller-sonra
Oxunma sayı: 4420

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər.  “Qafqazinfo” xəbər verir ki, bir zamanlar sevgili olan cütlük Moskvada toya qatılıblar. 

Hər iki məşhur səhnəyə çıxaraq “Sevdi ürək” adlı duetlərini oxuyublar. Onların görüntülərini Aşıq Mübariz Camaloğlu lentə alaraq instaqram səhifəsində paylaşıb. 

Qeyd edək ki, cütlük arasında ən son ötən ilin əvvəlində qalmaqal yaşanmışdı. Aygün demişdi ki,  ayrıldıqdan sonra Namiq bağını əlindən alıb. 

Meyxanaçı isə Kazımovanın ona şər atdığını demişdi.