Namizədlər arasında qızğın teledebat keçirildi

namizedler-arasinda-qizgin-teledebat-kecirildi
Oxunma sayı: 638

Söz mübahisəsində əsas namizədlərin ədəfi “seçki yarışlarında” respublikaçılardan prezidentliyə ən real namizəd olan Mit Romni olub. Respublikaçı namizədlərdən biri olan Rik Santorum ABŞ prezidenti Barak Obamanın apardığı siyasətə işarə edərək, ölkənin ali baş komandanının yalnız iqtisadiyyatdan baş çıxaran direktor olmadığını vurğulayıb. Onun sözlərinə görə, ali baş komandan arxasınca xalqı aparmaq gücündə olan bir şəxs olmalıdır. Rik Perri debat əsnasında Barak Obamaya qarşı daha sərt bəyanatla çıxış edib.

“Mən olsaydım, orduları İraqa qaytarardım. Belə ki, düşündüyüm qədəri, biz İraqı müdafiəsiz qoyub getdik. Hazırkı prezidentin liberal seçicilərinin qılığına girməsi, iranlıların yenidən İraqa qayıtmasına, qan və (külli miqdarda) pul bahasına qurduğumuz ölkəni ələ keçirmələrinə şərait yaradacaq”, deyə Respublikaçılar partiyasından prezidentliyə namizəd Rik Peri bildirib.

Prezident Barak Obamaya qarşı rəqib fraksiyadan kifayət qədər güclü rəqiblərin görünməsinə baxmayaraq, Respublikaçılar hələ ki, vahid namizəd seçməyə tələsmir. Vahid namizədin ən tezi yeni ilin payız aylarında irəli sürüləcəyi gözlənilir.

anspress