Namizədlərin daha çox uğur qazandıqları dövlət orqanları

namizedlerin-daha-cox-ugur-qazandiqlari-dovlet-orqanlari-
Oxunma sayı: 641

Komissiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2465-i (ortalama 32,00%) qadın namizəd olmaqla 7593 namizəd qeydə alınıb. Qeydə alınan 7593 namizədin ortalama 81,00%-ni gənclər təşkil edib. Namizədlərdən 2634 nəfəri (bütün namizədlərin ortalama 35,00%-i) test imtahanında iştirak etməyib.

Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
- Əmlak Məsələləri Dövlət Komitəsi – 181 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 375 namizəddən 189-u (ortalama 50,00%) test imtahanından uğurla keçib;
- Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 24 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 519 namizəddən 146-sı (ortalama 28,00%) test imtahanından uğurla keçib;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 76 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 415 namizəddən 135-i (ortalama 33,00%) test imtahanından uğurla keçib;
- İqtisadi İnkişaf Nazirliyi – 20 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 432 namizəddən 130-u (ortalama 30,00%) test imtahanından uğurla keçib;
- Təhsil Nazirliyi – 74 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 342 namizəddən 113-ü (ortalama 33,00%) test imtahanından uğurla keçib;
- Dövlət Sosial Müdafiə Fondu – 112 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 255 namizəddən 98-i (ortalama 38,00%) test imtahanından uğurla keçib;
- Dövlət Statistika Komitəsi – 101 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 202 namizəddən 81-i (ortalama 40,00%) test imtahanından uğurla keçib;
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – 64 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 144 namizəddən 61-i (ortalama 42,00%) test imtahanından uğurla keçib.

Müsabiqənin müsahibə mərhələsi 3 dekabr 2012-ci il tarixdə başlamışdır. Bu günə kimi müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərdən 98 nəfəri vakant vəzifəyə uyğun hesab edilib.