Namizədlərin sayı 13-ə çatdı

namizedlerin-sayi-13-e-catdi
Oxunma sayı: 2808

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha bir nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, R.Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 13 nəfərə çatıb. Bundan əvvəl MSK 12 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi.