“Namus mini ətəkdə yox, beyindədir”

namus-mini-etekde-yox-beyindedir
Oxunma sayı: 2544

Müğənni Ayan Babakişiyeva son zamanlar kişi məşhurların xanım ifaçıları tənqid etməsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, “Hər şey daxil” proqramında qonaq olarkən Nadir Qafarzadə və klarnet ifaçısı Hüseyn Məmmədoğlunun fikirlərinə qarşı çıxıb:

“Bu həyatda heç kim sığortalanmayıb. Mən qız övladı böyüdürəm. Nadir Qafarzadənin, Hüseyn Məmmədoğlunun da övladları var. Heç kəs bilmir ki, sabah kim olacaq və övladı hansı yolla həyata davam edəcək. Böyük danışmaq lazım deyil. Eyni sənətin nümayəndələriyik.

Müğənniyə nə olub? Müğənninin həyatı açıq şəkildə ortadadır. Elə onlarla evlənmək lazımdır, çünki gizli həyatları yoxdur. Namus mini ətəkdə yox, beyindədir. Pis yol nəyə deyirsiz? Müğənni kiminləsə görüşür, əcəb edir, özəl həyatıdır”. 

Xatırladaq ki, Nadir və Hüseyn bir müddət əvvəl qadın sənətçilər barədə xoşagəlməz sözlər işlətmişdi.