Nanə danışdı- - "Bunu şişirtməyə dəyməz"+Yenilənib

nane-danisdi-
Oxunma sayı: 4996


“Qafqazinfo"nun məlumatına görə, Ankarada olduğu üçün efirə çıxmayan teleaparıcı tezliklə qayıdacağını bildirib:

“Əzizlərim narahat olmayın, sabah İnşAllah efirdəyəm!Sevginizə görə çox sağ olun”.

Qeyd edək ki, “Gün keçir” verilişini Günay Firudinqızı təqdim edir.

***

““Gün keçir”in çəkilişləri üçün Türkiyəyə getdiyimə görə efirə çıxmamışam”.

Bu sözləri “Qafqazinfo”ya   açıqlamasında teleaparıcı Nanə Ağamalıyeva  işdən azad edildiyi haqda çıxan xəbərlərə münasibət bildirərkən qeyd edib:

“Səkkiz il ərzində elə gün olmayıb ki, efirə çıxmayım, xəstə olan zaman da verilişimi aparmışam. “Gün keçir”in çəkilişləri üçün Türkiyəyə yollandığıma görə bircə gün efirə çıxmamışam.  Mənim “ATV”dən uzaşdırıldığım haqda çıxan xəbərlər şayiədir, düşünürəm ki, bu söz-söhbətləri şişirtməyə dəyməz. Ötən gün də efirdə olmuşam, qonağım Əhliman olub. Bilirəm ki, tamaşaçılar məni çox sevir, proqramda görmədikləri üçün narahat olublar. Heç bir vaxt istəməmişəm ki, tamaşaçılarımı intizarda saxlayım, onlara demək istəyirəm ki, gələcəkdə proqramımda onları maraqlı sürprizlər gözləyir”.