Nanə üçün özəl gün

nane-ucun-ozel-gun
Oxunma sayı: 1788


“Doğum günümü qeyd etməyi sevmirəm, bu gün tələbə yoldaşlarımın, əsasən də  Əminə Dilbazi məktəbinin həkim-rəqqasələri ilə keçirəcəm. Demək olar ki, məni məcbur etdilər, hətta bəziləri rayondan mənim üçün Bakıya gəlib. Altı il "Çinar" rəqs ansamblının üzvü olmuşam. Çoxdandır tələbə yoldaşlarımla görüşmürdüm, ona görə də onlarla bərabər qeyd etməyə qərar verdim. Azərbaycan Dövlət rəqs ansamblı Dövlət Filarmoniyasının səhnəsində çıxış edəcək. Əvvəlcə onları izləyəcəyik, daha sonra səhərə qədər yeni yaşımı qeyd edəcəyik. İnşallah, sabah da həmkarlarım və iş yoldaşlarımla birgə keçirəcəm. Məni təbrik edən hər kəsə təşəkkür edirəm, xoş sözlərə, arzulara görə minnətdaram”.