Nani “Qarabağ”a qarşı oynayacaq?

nani-qarabaga-qarsi-oynayacaq
Oxunma sayı: 1528

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun ulduz futbolçusu Luiş Nani zədəsini sağaldıb.  

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir zədəli olan Portuqaliya millisinin üzvü kollektivlə məşqlərə başlayıb.  31 yaşlı futbolçu "Qarabağ"la görüşdə komandasına kömək edə biləcək. 

Lissabon təmsilçisinin digər aparıcı üzvü Bas Dostun "Qarabağ"la görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.  29 yaşlı hollandiyalı hücumçu müalicəsini davam etdirir. Onun "Qarabağ"la qarşılaşmanı buraxacağı ehtimal edilsə də, hər şeyə oyuna saatlar qalmış aydınlıq gələcək. 

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də baş tutacaq.