“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

nar-abunecileri-ucun-xususi-endirimli-smartfon-furseti
Oxunma sayı: 942

“Nar” ilə smartfona sahib olmaq indi daha asandır. Belə ki, from.ae internet səhifəsində smartfonlar “Nar” abunəçiləri üçün xüsusi endirimli qiymətlərlə təklif edilir.

"Qafqazinfo" xəbər verir ki, hər bir “Nar” istifadəçisi az.fromae.com/az/nar3 keçidinə daxil olaraq öz nömrəsini qeyd etməklə endirim qazanmaq şansını yoxlaya bilər.

Qeyd edək ki, bu fürsət from.ae internet mağazası ilə loyallıq proqramı çərçivəsində təqdim edilir.  Bu proqramdan yararlanmaqla abunəçilər sərfəli qiymətə smartfonlar əldə edərək “Nar”-ın 3G və 4G yüksəksürətli mobil internet xidmətlərindən yararlana biləcəklər. Məsələn, “Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi. 

“Nar” internet paketləri və təqdim edilən fürsətlər barədə ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən (nar.az) və ya sosial şəbəkələrdəki “Nar” səhifələrindən əldə etmək olar.