“Nar” “Ən fəal işəgötürən şirkət” mükafatına layiq görüldü - Fotolar

“Nar” “Ən fəal işəgötürən şirkət” mükafatına layiq görüldü
Oxunma sayı: 538

Martın 2-də ADA universitetində təşkil olunan karyera sərgisində “Nar” operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görülüb.

“Qafqazinfo”nun məlumatına görə, sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb olub.

Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak edib.

“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən “Nar”ın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirib: “Yerli bir şirkət olaraq “Nar” hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. “Nar”-a göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ADA universitetində keçirilən sərgini ümumilikdə 800-dən çox tələbə ziyarət edib. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi