Nar Mobil-dan yeni məzun olanlar üçün iş imkanı

nar-mobil-dan-yeni-mezun-olanlar-ucun-is-imkani
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, yarmarkanın əsas məqsədi gənclərin gələcək karyerlarına dəstək olmaq və onlar üçün iş imkanı yaratmaq idi.

Tədbirdə Nar Mobile mobil operatorunun İnsan Resursları (HR) departamentinin əməkdaşları gənclərə şirkətdəki karyera imkanları haqqında məlumat veriblər və tələbələrin bilik və bacarıqları ilə ətraflı tanış olublar. Eyni zamanda şirkətə CV ilə müracit edən gənclər, departamentin əməkdaşları tərəfindən qeydiyyata alınıblar.

Gənclər üçün iş imkanlarının yaradılmasına və təhsilin inkişafına yönələn layihələr və tədbirlər Nar Mobile-ın Korporativ Sosial Məsuliyyəti strategiyasının bir hissəsidir. Şirkət hər il gənclərin peşəkarlığının artırılmasına, gənclər üçün karyera imkanlarının yaradılmasına və təhsilin təşviqinə yönələn layihələr həyata keçirir ki, bunlar da öz növbəsində ölkədə ixtisaslı kadrların yaranmasına zəmin yaradır.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən yarmarkada özəl şirkətlərlə yanaşı dövlət qurumları, bir sıra nazirliklərin nümayəndələri də iştirak etmişdirlər.