“Nar Mobile” Azərbaycan İnvestisiya Sammitinin sponsoru oldu

nar-mobile-azerbaycan-investisiya-sammitinin-sponsoru-oldu
Oxunma sayı: 642


Mart ayının 11-də dünyanın ən aparıcı iqtisadiyyat dərgilərindən olan “The Economist” jurnalının təşkil etdiyi Azərbaycan İnvestisiya Sammiti öz işinə başlayıb. “Azərbaycan-2020: Gələcəyə baxış” adlanan bu beynəlxalq tədbirdə müzakirə olunan əsas mövzular Azərbaycan iqtisadiyyatının sürətli inkişaf perspektivləri, onun enerji daşıyıcılarından asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və digər aktual iqtisadi məsələlərdir. Xəzər bölgəsində geniş investisiya imkanları yaradan və sabit sərmayə platformu formalaşdıran Azərbaycan İnvestisiya Sammitinin sponsorlarından biri də hər zaman yeniliklərə və tərəqqiyə dəstək verən “Nar Mobile” mobil operatorudur.

Qeyd edək ki, Bakı şəhərində keçirilən bu ikigünlük mötəbər iqtisadiyyat forumunda çoxsaylı yerli və xarici qonaqlar iştirak edir. Forumda iştirak edən qonaqlardan Azərbaycan Respublikası hökumətinin üzvləri – təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, habelə “The Economist” dərgisinin Sənaye xəbərləri bölməsinin redaktoru Saymon Rayt, “BP” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə bölgəsi üzrə prezidenti Qordon Birrel, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali və başqaları çıxış ediblər. İştirakçılar arasında olan “Azerfon” şirkəti Direktorlar şurasının sədri Yorqos İoannidis də çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri haqqında öz fikirlərini bölüşüb.