Nar Mobile Azərbaycanda 4G şəbəkəsini quracaq

nar-mobile-azerbaycanda-4g-sebekesini-quracaq-
Oxunma sayı: 645

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda, 2G xidmətlərinə əlavə olaraq, “Nar Mobile”ın abunəçiləri “Sahil”, “Nizami” və “28 May” metro stansiyalarıda yüksək sürətli mobil rabitədən istifadə edirlər.

“Nar Mobile” şirkətinin baş icraçı direktoru cənab Yurqen Pitsin sözlərinə görə, bu, “Nar Mobile” şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsinə yatırılmış 85 milyon ABŞ dolları həcmində sərmayənin sayəsində mümkün olub: “Öz şəbəkəsinin genişləndirilməsi ilə bağlı işi başa çatdırdıqdan sonra, “Nar Mobile” Azərbaycanda bütün şəhərləri əhatə edən ən iri 3G şəbəkəsinə malik olacaq və beləliklə, geniş zolaqlı mobil rabitəni ölkənin hər bir vətəndaşı üçün mümkün edəcək. 2012-ci ilin may ayına şəbəkənin müasirləşdirilməsinin başa çatmasını nəzərdə tutaraq, “Nar Mobile” Azərbaycanda 4G şəbəkəsini də quracaq”.

O, həmçinin qeyd edib ki, 2012-ci ilin mayında 3G xidmətləri bütün metro stansiyalarında istismara veriləcək. Hazırda, “Nar Mobile” 3G xidmətlərini saniyədə 14.4 mb sürəti ilə göstərir.

Nigar Məmmədli