Nar Mobile “BakuBuild-2012”nin kommunikasiya tərəfdaşıdır

nar-mobile-bakubuild-2012nin-kommunikasiya-terefdasidir
Oxunma sayı: 661

Nar Mobile “İteca Caspian” şirkətinin tikinti sahəsində keçirdiyi növbəti sərgiyə dəstək olub. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, mobil operator oktyabr ayının 17-dən 20-dək Bakı Ekspo Mərkəzində keçiriləcək regionun inşaat sahəsində ən iri tədbir - “BakuBuild-2012” - 18-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinin kommunikasiya tərəfdaşıdır. Sərgidə tikinti sənayesində, o cümlədən interyer, eksteryer və inşaat texnikası kimi qonşu sektorlarda çalışan aparıcı beynəlxalq şirkətlər məhsul və nailiyyətlərini nümayiş etdirəcəklər.

Nar Mobile son illər tikinti sahəsində müasir informasiya kommunikasiya texnologiyalarının nailiyyətlərini istifadə olunduğunu nəzərə alaraq ölkəmizin tikinti sahəsinə dəstəkləmək üçün bütün imkanlardan istifadə edir. Belə ki, sonuncu belə dəstək kampaniyasını “İteca Caspian” şirkətinin keçirdiyi 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisidir.

Nigar Məmmədli