“Nar Mobile” CeBIT-2014 sərgisində təmsil olunur

nar-mobile-cebit-2014-sergisinde-temsil-olunur
Oxunma sayı: 695


“Nar Mobile” mobil operatoru 10-14 mart 2014-cü il tarixləri arasında Almaniyanın Hannover şəhərində keçirilən “CeBIT Eurasia – Beynəlxalq İnformasiya Texnologiyaları” sərgi və konfransında təmsil olunur. Son illər informasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər əldə etmiş “Nar Mobille” bu mötəbər tədbirdə öz məhsul və xidmətlərini təqdim edir, gerçəkləşdirdiyi irimiqyaslı layihələri geniş auditoriyaya nümayiş etdirir.

Qeyd edək ki, tədbir çərçivəsində keçirilən sərgi, seminar və dəyirmi masalarda dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı İKT və KİV nümayəndələri iştirak edirlər. “CeBIT-2014” sərgisində iştirak edən “Nar Mobile” nümayəndələri sərgi iştirakçılarına və qonaqlara yeni xidmətlər haqqında məlumat verir, mobil operatorun telekommunikasiya və korporativ sosial məsuliyyət sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu digər iştirakçıların diqqətinə çatdırır.