Nar Mobile-çılar “GSMA Mobile World Congress”də

nar-mobile-cilar-gsma-mobile-world-congressde
Oxunma sayı: 649

Nar Mobile nümayəndələri hər il olduğu kimi, bu il də GSMA Mobile World Congress-in (Ümumdünya Mobil Konqresi) növbəti konfransında iştirak edir. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 25-dən 28-dək davam edən tədbirdə, telekommunikasiya sahəsinin aparıcı şirkətləri konfrans iştirakçılarına ən son nailiyyətlərini nümayiş etdirəcək, bir sıra biznes-seminarlarda, forum və sessiyalarda öz təqdimatları ilə çıxış edəcəklər. Qeyd edək ki, bu nüfuzlu konfransa hər il dünyanın ən aparıcı telekommunikasiya şirkətləri və mobil operatorlar qatılır.

Nar Mobile nümayəndələri həmçinin, konqresin önəmli tədbirlərindən biri olan beynəlxalq GTI Sammitində iştirak edəcək və mobil rabitədə müasir texnolgiyaların əhəmiyyəti kimi müxtəlif mövzularda müzakirələrdə iştirak edəcəklər. Dörd gün davam edəcək tədbir çərçivəsində Nar Mobile nümayəndələri həmçinin, LTE və Mobil Təhlükəsizliyi kimi forumlarda iştirak edərək, müxtəlif panel mövzularında aktiv olaraq öz təcrübələri ilə bölüşəcəklər.

Artıq 3-cü ildir ki, Nar Mobile nümayəndələri mütəmadi olaraq Ümumdünya Mobil Konqresinə qatılır. Bu tədbir ilk növbədə Azərbaycan mobil rabitə bazarında ən son nailiyyətləri təqdim etməyə, yerli təcrübə ilə bölüşmək və xarici təcrübəyə yiyələnmək üçün xüsusi önəm daşıyır.

GSMA Mobile World Congress hər il keçirilən, dünyada mobil texnologiyalara həsr olunmuş ən böyük və mühüm konfransdır. Konfransda mobil internet, mobil texnologiya məhsulları və tətbiqləri mövzusunda yeniliklər nümayiş olunur.Konfransda rekord sayda – 3500 nəfərə yaxın şirkət rəhbərləri iştirak edəcək. Ümumilikdə tədbiri 205 ölkədən 67 min iştirakçı ziyarət edəcək.

Nigar