Nar Mobile-çılara pulsuz internet

nar-mobile-cilara-pulsuz-internet
Oxunma sayı: 5027

Hər zaman öz sərfəli xidmətləri ilə abunəçilərini sevindirən Nar Mobile növbəti dəfə yeni mobil xidmətini təqdim edir. Belə ki, mobil operator Opera Mini ilə birgə internetdən pulsuz istifadə etmək üçün xidmətə başlayır. Xidmətdən istifadə etmək üçün Nar Mobile-ın korporativ üslubuna uyğun olaraq dizayn olunmuş Opera Mini əlavəsini yükləmək lazımdır.

Yeni xidmət aprel ayının 25-dən aktiv olacaq. Abunəçilər 2 paket sifariş edə bilərlər. 24 saatlıq paketin qiyməti 0.15 AZN, 30 günlük paketin qiyməti isə 1.50 AZN-dir. Gündəlik və aylıq paketlərin istifadə müddəti bitdikdən sonra xidmət avtomatik olaraq uzadılır.

Xidmət paketlərinə qoşulmaq üçün abunəçi 1 və ya 30 yazısını 6464 nömrəsinə SMS olaraq göndərməli və ya *164#1#YES və *164#30#YES yığmalıdır. Opera mini paketi çərçivəsində abunəçilər yükləmə (video, şəkil, audio) funksiyalarından başqa, internetdən limitsiz istifadə edə biləcəklər.

Qeyd edək ki, balansı 0-a bərabər olduğu təqdirdə də, abunəçi aktiv Opera Mini paketindən istifadə edə bilər.

Nigar