Nar Mobile-çilər abunə haqqı ödəmədən danışa biləcəklər

nar-mobile-ciler-abune-haqqi-odemeden-danisa-bilecekler
Oxunma sayı: 783

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu tarifə qoşulan hər bir abunəçi ölkədaxili bütün istiqamətlərə dəqiqəsi cəmi 7 qəpiyə danışacaqlar.

Ölkəm/Asan tarifinin qiymət cədvəli:
Xidmətlər Qiymət (qəpiklə)
Şəbəkədaxili zəngin 1 dəqiqəsi 7
Şəbəkəxarici zəngin 1 dəqiqəsi 7
Video-zəngin 1 dəqiqəsi 7
SMS 5
MMS 5
Data trafiki (200 KB) 5
Mobil TV (1 MB) 10


Ölkəm/Asan tarifinə qoşulmaq üçün telefonun ekranında *777#231#YES şifrəsini yığmaq və ya Olkemasan yazaraq 777 nömrəsinə mesaj göndərmək kifayətdir.

Ölkəm/Asan tarifi çərçivəsində Bomba, SMS və Xoş Saatlar paketlərini sifariş etmək olar. Bu tarifə qoşulan abunəçilər bir Sevimli Nar nömrəsi seçib onunla saatı cəmi 7 qəpiyə danışa bilərlər.

Edilən bütün zənglərin birinci saniyəsi pulsuzdur. Bütün zənglər üçün hesablama intervalı 12 saniyədir.

Nigar Məmmədli