Nar Mobile-dan cəmi 4 qəpiyə taksi xidməti

nar-mobile-dan-cemi-4-qepiye-taksi-xidmeti
Oxunma sayı: 640

Azərbaycanın ilk 3G operatoru Nar Mobile abunəçiləri üçün möhtəşəm aksiya keçirib. Belə ki, şirkət 7 -17 may tarixləri ərasında abunəçilərinə, üzərində Nar Mobile yazısı və loqosu olan taksilərə cəmi 4 qəpik ödəməklə bir istiqamətdə taksi xidmətindən istifadə etməyə imkan yaradır. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu xidmətdən paytaxt sakinləri, həmçinin “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə buyuran turistlər də yararlana biləcəklər.
“Hər zaman öz yenilikləri, şəffağlığı və sərfəli qiymətləri ilə fərqlənən Nar Mobile, bu gün yenidən öz abunəçilərini sevindirir. Bu cür ucuz qiymətə taksi xidməti ilk dəfədirki ölkəmizdə keçirilir. Abunəçilərimiz üzərində Nar Mobile və loqosu olan taksi avtomobillərinə əyləşərək bir istiqamətdə cəmi 4 qəpik ödəyəcəklər. Ümid edirəm ki, bu yeniliyimiz hamının ürəyincə olacaq. Göründüyü kimi, Nar Mobile artıq sərfəli paket qiymətlərini digər xidmət növlərinə müddətli olaraq şamil etməklə öz abunəçilərinin qeydinə qalır” – deyə Nar Mobile şirkətinin nümayəndəsi bildirib.
Qeyd edək ki, 5 May 2012-ci il tarixdə saat 17.00-da Azərbaycan kinoteatrının qarşısında təqdimat mərasimi baş tutub. Mərasimdə Nar Mobile tərəfindən yarışmalar keçirilib və hədiyyələr paylanılıb. Təqdimat DJ-lərin və şoumenin iştirakı ilə davam edib. Tədbirə rəngarənglik qatmaq üçün qırmızı xalı salınıb və s. sürprizlər təşkil olunub.
Nar Mobile brendi ilə ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Nigar