Nar Mobile –dan futbolsevərlər üçün “EURO 2012” həyacanı

nar-mobile-dan-futbolseverler-ucun-euro-2012-heyacani
Oxunma sayı: 631

Nar Mobile öz abunəçilərini yenidən sevindirir. “Qafqazinfo”nun məlumatına görə, şirkət qarşıdan gələn “EURO 2012” futbol üzrə Avropa Çempionatı çərçivəsində keçiriləcək bütün oyunların nəticələri haqda abunəçilərini oyunlar bitdikdən dərhal sonra məlumatlandıracaq. Belə ki, futbolsevərlər adıçəkilən xidməti aktivləşdirdikdən sonra oyunların nəticələri haqda hər oyun bitdikdən 3 dəqiqə sonra SMS vasitəsilə xəbərdar olunacaqlar. Xidməti aktivləşdirmək üçün ON EURO yazıb 2012 nömrəsinə SMS göndərmək lazımdır.

Qeyd edək ki, "Euro Cup 2012" xidmətinin aktivləşdirmə haqqı 1 AZN-dir və xidmət çərçivəsində daxil olan bütün mesajlar pulsuzdur.

Nigar