“Nar Mobile”-dan məktəblilərə dəstək

nar-mobile-dan-mekteblilere-destek
Oxunma sayı: 772


“Qafqazinfo”nun məlumatına görə, iyun ayının 11-də Gəncədəki 43 saylı orta məktəbdə xüsusi bilik və bacarığı ilə fərqlənən məktəblilərin iştirakı ilə ənənəvi yay düşərgəsi start götürüb. 15 gün davam edən yay düşərgəsi çərçivəsində müxtəlif talant şoular, ingilis dili kursları, daxili turlar, idman və bilik yarışları təşkil edilib, seçilmiş xüsusi müəllimlər tərəfindən dərslər keçirilib. 100-ə yaxın şəhər məktəblisinin iştirak etdiyi düşərgənin ən fəalları xaricdə təşkil ediləcək yay düşərgəsinə qatılmaq hüququ qazanıblar. Belə ki, xüsusi bilik və bacarığı ilə seçilən 10 şagird Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər təhsil şöbəsi, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti, “Fireland” turizm şirkəti, “Bilik körpüsü” HRM və “Turan” inkişaf mərkəzinin dəstəyi ilə Şimali Kiprdə təşkil ediləcək 15 günlük beynəlxalq yay məktəbinə göndəriləcəklər.    
 
Təhsil və elmin inkişafına hər zaman dəstək verən “Nar Mobile” mobil operatoru bu xeyirxah təşəbbüsdən də kənarda qalmayıb. Yay düşərgəsinə dəstək verən mobil operatorun nümayəndələri layihə çərçivəsində təşkil edilən talant şoularda iştirak ediblər. “Azerfon” şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva tədbirdə çıxış edərək, bu cür yarışların önəmindən bəhs etmiş, gələcəkdə peşəkar kadrların formalaşması üçün təhsil və biliyin oynadığı roldan söhbət açmışdır. Tədbirin sonunda bütün iştirakçılara şirkət adından hədiyyələr təqdim edilmiş, xatirə fotoşəkli çəkilmişdir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.