Nar Mobile-dan Mercedes-Benz C180 qazanmaq imkanı

nar-mobile-dan-mercedes-benz-c180-qazanmaq-imkani
Oxunma sayı: 651

Nar Mobile mobil operatoru yeni möhtəşəm kampaniya başlayıb. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, lotereyada çoxlu pul uduşlarının olması ilə yanaşı, əsas hədiyyə olaraq Mercede-Benz C180 Coupe avtomobili oynanılacaq. Kampaniya qoşulan abunəçi uduş keçirilən müddətdə hər həftə 500 AZN, hər ay 5000 AZN və final uduş günündə Mercedes-Benz C180 Coupe qazanmaq imkanını əldə edəcək. Lotereyada iştirak etmək üçün Nar Mobile nömrəsindən START yazıb 8500 qısa nömrəsinə SMS göndərmək lazımdır.

Kampaniyanın şərtlərinə görə, iştirakçı hər bir “SMS”-ə görə 10 (on) xal əldə edir. Toplanmış hər 10 xal bir şans olaraq qiymətləndirilir. Daha çox SMS, abunəçinin qalib olmaq şansını artırmış olur. Bir SMS-in qiyməti ƏDV daxil olmaqla 0,69 AZN-dir.

Qeyd edək ki, lotereya 2012-ci il iyunun 12-dən dekabrın 25-dək həyata keçiriləcək.