Nar Mobile-dan növbəti pulsuz dəqiqələr kampaniyası

nar-mobile-dan-novbeti-pulsuz-deqiqeler-kampaniyasi
Oxunma sayı: 643

Nar Mobile pulsuz dəqiqələr kampaniyasının müddətini artırıb. “Qafqazinfo”nun məlumatına görə, cari ilin mart ayından etibarən istənilən Nar nömrəsi alan abunəçiyə, nömrəni aktivləşdirdikdən sonra növbəti 12 ay ərzində hər ay ölkədaxili zənglər üçün 30 dəqiqə danışıq vaxtı hədiyyə olaraq verilir. Bonus dəqiqələr həm səsli, həm də video zənglər üçün etibarlıdır. Təqdim olunan bonus dəqiqələrdən istifadə müddəti 30 gündür. Lakin istifadə olunmayan bonus qalığı növbəti aya keçirilmir.

Bonus dəqiqələr ay ərzində yalnız bir dəfə təqdim olunur və ilk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir. Növbəti 11 ay ərzində isə bonuslar abunəçi balansını ən azı 2 AZN dəyərində artırdıqda təqdim olunur.

Kampaniya haqda daha ətraflı məlumat Nar Mobile-ın aşağıdakı internet səhifəsindən alına bilər:

http://narmobile.az/private/campaigns/xosgelmissiniz/


Nigar